Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

MƏNİ XATIRLA! – Şahmar Bayramlı
Xəyalım kölgə tək səni izləsin

Baxdığın üzlərdə məni xatırla.
"Bəlkə zəng edəcəm”, – təsəllin olsun
Hər zəngin səsində məni xatırla.

Göylərdə buludlar qara olduqca
Yoxluğum gözündə yağmur yağdıqca.
İntizar alovu alovlandıqca
Acının özündə məni xatırla.

Demə ki, unuda bilərsən məni,
Ürək unudarmı axı sevəni?!
Həsrətin rüzgarı buraxmaz səni,
Bakı küləyində məni xatırla.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (18.10.2013)
Просмотров: 1123 | Рейтинг: 0.0/0