Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

Nədir sevgi? – Şahmar Bayramlı
Sevgi xəstəlikdir…
Necə sağlam insan belə
Sevgi əzabıyla
yataqlara düşməyirmi?
 
Sevgi şəfadır…
Ən çarəsiz xəstələr də
Sevib ayağa qalxmayırmı?
 
Sevgi uşaqlıqdır…
80-ində, 90-ında yaşlılar
8 yaşlı, 9 yaşlı dəcəllər tək
Sevdiyi üçün min oyundan çıxmayırmı?
 
Sevgi qocalıqdır…
Hətta yeniyetmələr də
Bir gecənin yarısında
Fikir çəkib qocalmırmı?
 
Sevgi axan göz yaşıdır…
Gecə-gündüz ağlayırsan.
Yoxsa adi bir gülüşdür?
- Səbəbsizcə gülüşündən qaçanmırsan…
 
Sevgi ömrə ilk bahardır,
Ətri ilə məst olursan.
Sevgi yoxsa son bahardır?
- Xəzanına qərq olursan.
 
Sevgi yanan bir şam kimi
hər gün səni əritməzmi?
Sevgi doğan günəş kimi
istisiylə, işığıyla
hər bir kəsin gözlərində
Yüksəltməzmi?..
 
Sevgi özü hər bir şeydə,
hər nə varsa əksində…
Həm qarada, həm də ağda
Həm istidə, həm soyuqda.
Həm xoşbəxtlik, həm bədbəxtlik,
Sanki bütün varoluşda…
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (18.10.2013)
Просмотров: 1078 | Рейтинг: 0.0/0