Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

Ayrı-ayrı “dayanacaqlar”… – Şahmar Bayramlı
Gənc, avtobusda təsadüfən birini görər,

Bənzədər onu illər öncəki ilk sevgisinə
Məhəbbətin tumurcuqları səpildiyi anlar,
Sevgini anladığı,
Məsum uşaqlığını xatırlar.
 
Zaman keçmiş,
Uşaq böyümüş.
Unudulmuşmu sevgi?
Yoxsa başqa üzlərdə qocalmış?
Hər zaman bir qorxu,
Gördüyündə tanımazmış,
Yadlaşarmış.
 
Bir dayanacaqda durdu avtobus,
O bina, o məhlə…
Düşməməliydi qız,
axı o ola bilməzdi.
Bu imtahana hazır deyildi gənc oğlan.
Ancaq necə də bənzərdi
sevgini onla öyrəndiyinə…
 
Avtobusun qapıları açılmış,
Artıq eyni yolu getməyənlər
Düşüb uzaqlaşırdı…
O qız da addımlayırdı qapıya doğru.
Dönüb geriyə baxmamalıydı,
Gənc oğlan buna hazır deyildi,
Bəlkə də istəmirdi qəlbinə gömdüyü sevgi
Yenidən onu ondan alsın…
 
Gənc oğlan ayıldığında gözlərinə bir cüt gözün,
Deyilməmiş, yarım qalan onca sözün
baxışları olacaqdı.
Gənc oğlanla gənc qız röya görürdü sanki,
Bu sevgi, bu üzlər…
Ürək döyüntüsü…
Və sadecə yenidən 3 nöqtə…
 
Və yenidən ayrı ünvanlar…
Qovuşmadan ayrılıq…
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (18.10.2013)
Просмотров: 934 | Рейтинг: 0.0/0