Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

Qaldı
Gözüm görə-görə itirdim səni
Həyatım büs-bütün xəyala qaldı
Axtardım-aradim görmədim səni
Ümidlərim ancaq röyaya qaldı.
Talehim heç bir vaxt mənə gülmədi
eşqin bülbülləri susdu dinmədi
Axan goz yaşimi heçkəs silmədi,
Fələyin pisliyi dünyaya qaldi.
Könlü həsrət qaldı gülə,cəmənə
Ömrüm dücar oldu kədərə-qəmə
İsmayılam canımı vermişəm sənə
Ruhum uçub getdi səmaya qaldı
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 971 | Рейтинг: 0.0/0