Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

Sevəcəksən
Haqqa inam varsa qəlbdə,
Yananda da sevəcəksən.
Eşqin hicran soyuğunda,
Donanda da sevəcəksən.
Qırılsada könül simi,
Gətirsədə sənə qəmi,
Bu sevgini yuxu kimi,
Sananda da sevəcəksən.
Yaşayıb dərdi-sərini,
Əziz saxlayıb xətrini.
Ötüb-keçən xatirəni,
Ananda da sevəcəksən.
Çatsan da ömrün yüzünə,
Ürək baxmaz heç sözünə,
Bu sevdanı öz-özünə,
Dananda da sevəcəksən.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 938 | Рейтинг: 0.0/0