Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

Kimsəsiz Qaldı
Yarpaqlar budaqsiz yaşaya bilməz
Budaqlar ağacda kimsəsiz qaldi
Bahar uz dondərdi guldən-çəməndən
Bülbüllər baxçada kimsəsiz qaldı
Ruzigar əsdi üşüdü dünya
Acı dərdlərimizə güldü dünya
İnsanlarin gözündən düşdü dünya
Dünya düzdə_dağda kimsəsiz qaldı
Həsrətdən güllər,könüllər dağ oldu
Dağlar kədərdən əriyib yag oldu,
Hicran vüsalın üzünə ağ oldu
Məhəbbət uzaqda kimsəsiz qaldi.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 947 | Рейтинг: 0.0/0