Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

Kursant
Dalıbdı xəyala, gedibdi fikrə
Ürəyi döyünür intizar içrə
Gözləyir oğlunun hər an yolunu
Ana hey düşünür kursant oğlunu…
Hər günü kədərli, hər anı qəmli
Acmıdır,toxmudur,düşünür ana
Yenə zəng gəlmədi oğlumdan;-deyə
Deyinir qəlbində kursant oğluna…
Sıxıcı fikirlər,qorxunc yuxular
Ananın qəlbinə sanki bir oxdur
Zəng edib anayla danışmaq üçün
Kursantın cibində telefon yoxdur….
Komanda verilir tağım farağat
Səhərlər qaçışdı,axşamlar şaqat
Təkrarən gedirsən eyni yolları
Dirsəkdən qatlama,düz aç qolları….
Telefon adında əşyaya yadsan
Xəlvəti işlətsən yoxdu faydası
Tutulsan həmin gün bilki naryadsa
Belədi buranın qanun qaydası….
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 926 | Рейтинг: 0.0/0