Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

Xəyanət
Yadına gəlirmi sənlə ilk görüş?
Dil-dodaq susmuşdu,gözlər danışdı
Yadına gəlirmi ilk isti öpüş?
Telin üzümə dəydi,həsrət alışdı
Aldatma gözüvün yaşıyla məni
Mən sənin üçün uşaq deiləm
Vurarsan xəyanət daşıyla məni
Sanma o qeder üzüyumuşaq deiləm
Məni tərk edəndə ,kəsib qarşını
Dedim ki,dur getmə Allahın olsun
İndi axıdırsan sən göz yaşını
Qoy sənin göz yaşın günahın olsun
Yaramın üstünə yara vurdum ki,
Vurduğun yaralar üzə çıxmasın
Gedərkən yolunda mən durmadım ki,
İçimdə çəkdiyim üzə çıxmasın
Sevdanın önündə belimi bükdüm
Susdum,qul kimi önündə çökdüm
Mən nə dualar etdim,nə dillər tökdüm
Ayrılıq qisməti bizə çıxmasın.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 975 | Рейтинг: 0.0/0