Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

Mübariz
Həsrətdən qəlbimiz olubdur yara,
Canını tapşırdı böyük Allaha.
Şüphəsi olmadı getdi hücuma,
Milləti oyatdi o şəhidimiz
Qəlbimiz, mərdimiz oldu Mübariz.
Qutarmaq bilməyən bu haqsızlığa,
Kədərə, əzaba, tökülən qana.
Bu yoxsulluqlara, rüşfətxorluğa,
Dözmədi hücuma getdi fəxrimiz
Qəlbimiz, mərdimiz oldu Mübariz.
Canını vətənə qurban eyləyib,
Qarabağ söyləyib, Qarabağ dinib.
Özünü millətə örnək eyləyib,
Düşməni qorxuya saldı fəxrimiz
Qəlbimiz, mərdimiz oldu Mübariz.
Mübariz kimilər yoxdu dünyada,
Vətənçün özünü salıbdır oda.
Milləti çağırdı haqqın yoluna,
Son nəfəsinədək vururşdu təmiz
Qəlbimiz, mərdimiz oldu Mübariz.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 983 | Рейтинг: 0.0/0