Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

Gəlmişəm ölməyə Allah!
Misra-misra, həzin-həzin,
Gəlmişəm ölməyə Allah.
Yuxuya verib yer üzün,
Gəlmişəm ölməyə Allah.
Durmuşam izinin üstə,
Qoy məni gözünün üstə,
Baş qoyub,dizinin üstə,
Gəlmişəm ölməyə Allah.
Bu nə dalan, bu nə tindi?!
Yanına gəlmək çətindi,
Qarşındaki bir yetimdi,
Gəlmişəm ölməyə Allah.
Barıt qoxan bir silaham,
Gün doğmayan bir sabaham,
Özüm boyda bir günaham,
Gəlmişəm ölməyə Allah.
Şeytan, ruhumu bölməmiş,
Əzrayıl, xəbər bilməmiş,
Ürəyimdə, SƏN ölməmiş,
Gəlmişəm ölməyə Allah.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1019 | Рейтинг: 0.0/0