Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

Kişinin göz yaşı içinə axar
Qarşıma çıxardın, lal dayanardım,
Baxışin dilimi həbs eləyərdi.
Sənin addımının ritmik səsinə,
Ürəyim içərdə rəqs eləyərdi.
Həsrətin hədiyyə qalıb o ildən,
Göz yaşım bir ümman, yaman dolmuşam,
Sən məndən nə qədər uzaq olsan da,
Mən sənə o qədər yaxın olmuşam.
Sən Allah tərpətmə ayrılıq közün,
Əsdikcə küləklər yandırıb, yaxar.
"Kişilər ağlamaz” demə əzizim,
Kişinin göz yaşı içinə axar.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1018 | Рейтинг: 0.0/0