Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

Yaxşılıq et!
Var ilə, hal ilə öyunmək nə demək
Əqli-kamal ilə yaşamaq gərək.
Sənə kömək deyil şanın şöhrətin,
Dunyada qalacaq ancaq hörmətin.
Hikmət ağacından sən meyvə dərsen,
Butun insanlardan rəğbət görərsen.
Adını,sanını sən vermə ələ
Pislikdən uzaq ol yaxşılıq elə.
Zənn etmə dunyamız yetişir sona,
Dua et tanrina sən əl aç ona.
Söyləki yaxşıliq tukənməz olsun,
Yamanlıq bizlərdın qoy uzaq olsun.
Yalan söyləmə ki,yalan duyarsan
Pis işlər görmə ki,peşman olarsan,
Bu gununə görə sabahını sən
Qaranliq zulmətə qəltan edərsen.
Qorxki quş olarsan,qanadın olmaz
Qoxrki gül olarsan bülbülün olmaz
Payızın yetişər yarpağın solmaz
O zaman hıyatın heç dadı qalmaz.
Yaxşılıq et yamanlığa əl atma
Xeyir işin sonu yaxşı olacaq.
Yaxşılıqdan zərər gəlməz insana
Nə olarsa yamanlıqdan olacaq.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1114 | Рейтинг: 0.0/0