Sevgilər və nifrətlər…
Sevgilərin məhv olduğu yerdə, nifrətlər başlar. Nifrət edə bilməyənlərin, düşünməyi belə bacarmayanların, dil açar ürəklərində sevgi tumurcuqları. Nifrətlərin baş alıb getdiyi yerdə, sevgilər ayaq tutub yeriməz. Ayaq tutub yeriyənlərin, dabanları əzər sevgi çiçəklərini. tikan bitirər izləri. nifrət elçilərinin. Sevgilərin ucuzlaşdığı yerdə, nifrətlər bahalaşar. Qan tökər su yerinə, göz yaşları. günbəgün artar sayı məzardaşlarının. ümidlər ölər, ümidsizliyin fəth olunduğu xarabalıqlarda. Nifrətlərin güləcəyi yerdə, sevgilər ağlaya-ağlaya, yolar vaxtsız ağarmış saçlarını. bir üzü tərs düşər həyatın, başlanğıcdan sona doğru yolun qarışıqlıığında azdırar yolunu sevgi sərnişinlərinin.
| |
Просмотров: 1043 | |