Niyə mənə bu qədər doğmasın bu qədər əziz?
İstədim ayrılam o çağlarımdan Getsin eşq havası qulaqlarımdan Görsəm yaş süzülür yanaqlarından Bildim hara getsəm qalacaq bu iz Niyə mənə bu qədər doğmasan bu qədər əziz? Sevgilim gəlsənə yenə də gələk üz-üzə Doyunca söhbət edək baxıb göz-gözə Bəlkə öyrəşmişik bir-birimizə? Gəlsənə bir müddət görüşməyək biz? Niyə mənə bu qədər doğmasan bu qədər əziz? Sən necə məst oldun şərab içməmiş Bu sevda başımdan hələ keçməmiş Sən bizə gəlməmiş gəlin köçməmiş Dərdini, qəmini göndərdikce iz Niyə mənə bu qədər doğmasan bu qədər əziz? Mən çörək gətirim sənsə duzunu Kəsək məhəbbətin duz-çörəyini Sevgi süfrəsində kəsək quzunu Eşqimlə mən öpüm qız ürəyini Sən sakit bir sahil mən coşğun dəniz Niyə mənə bu qədər doğmasan bu qədər əziz? Sevgilim ne olar gül danış Həqiqi məhəbbətə qayna qarış Bu yol hara gedir Namiqdən soruş Sənə gəlməyə arxamca qoymuşam bir iz Niyə mənə bu qədər doğmasan bu qədər əziz?
| |
Просмотров: 1140 | |