Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

Qəlbimi kövrəltmə
Kövrəklik hər kəsə məxsus deyildir,
Gəl mənim qəlbimi kövrəltmə, gülüm.
Mən səni sevirəm azı bir ildir,
Gəl mənim qəlbimi kövrəltmə, gülüm.
Bilirəm sevgimə asi, qənimsən,
Dünya dağılsa da yenə mənimsən,
Kəsilmə bu eşqə gülüm, qənimsən,
Gəl mənim qəlbimi kövrəltmə, gülüm.
Mən sənin sevginlə gəzdim dünyanı,
Axtarıb tapmadım- sənə tay hanı?
Eşqinlə qəlbimin axsada qanı
Gəl mənim qəlbimi kövrəltmə, gülüm.
Günəşə baxanda rəsmini gördüm,
Qaranlıq gecəni ay ilə sildim,
Ulduzlar içində tək səni gördüm,
Gəl mənim qəlbimi kövrəltmə, gülüm.
Məhv edir cismimi bu kədər, bu qəm,
Bilir bu eşqimi büs bütür aləm.
Çatmaz eşqimizə, göz yaşıma heç su- Abi zəm-zəm,
Gəl mənim qəlbimi kövrəltmə, gülüm.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1067 | Рейтинг: 0.0/0