Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

Qadın
Bütün incəlikləri, bütün gözəllikləri,
Mənalı baxışları, ovsunlayan gözleri…
Sadə görkəm, görünüş, ədalı yerişləri,
Yaradıbdır qadında Tanrı bu naz-qəmzəni.
Nə qədər gözəl baxır, nə qədər gözəl görür,
Yaranışa şükr edib, qadın özünü öyür..
Tanrım qiymətləndirib bu qədər gözəlliyi,
Yaradıbdır qadında bu ülvi özəlliyi.
Qadının hər söhbəti çox maraqlı bir sirdir,
Qadının gülüşləri mənalı incəlikdir..
Qadını təsvir edir səmadakı ay, günəş,
Onunçün qadın adı olur Bənövşə, Çiçək.
Nə qədər yazılsada, bitməz söhbətin sonu,
Tanrım gözəllik bilib bəşəriyyətə onu..
Bir inci tək bəxş edib yer üzünə bir qadın,
QADIN daşıyır yalnız, müqəddəs ANA adın!!!
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1247 | Рейтинг: 0.0/0