Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 19.05.2024

Son sözüm
Ana, mən gedirəm, salamat qalın!
Əlvida ey atam, bacım, qardaşım!
Bu yol elə yoldur dönmərəm daha,
Arzusuz bu yolun yolçusu oldum.
Bu yol çox qısadır, gedirəm asta,
Ayaqlarım getmir, baxıram dala.
Qayıtmaq arzum var yenə həyata,
niyə köməyimə gəlmirsən, ata?!
18 yaşımda şəhid oldum mən,
Ana, nə tez doydun öz MUŞFİQindən?!
Nələr keçirirdim mən ürəyimdən,
Xəbərsiz imişəm ölüm hökmümüdən.
Dəniz dalğalanır, baxıram mən də,
Tale nə sərt yazmış hökmünü mənə
Bir vaxtlar durduğum həmin o yerdə,
İndi də başdaşım ucalır göyə
Qoy anam başına qara bağlasın,
Atam belin büküb, məni ağlasın
Qardaşım otursun baş tərəfimdə,
Bacımsa şəklimə qara bağlasın
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1533 | Рейтинг: 0.0/0