Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Вторник, 07.05.2024

Yol gedirik
Nə çəkirəm ölçüsü yox, həddi yox,
Bu günümdə məndən neçə küsən var.
Çəkisi yox, sərhəddi yox, səddi yox,
Ürəyimdə hansı dərddən desən var.
Neçə malın gür bazarı bağlanıb,
Neçə malın say calanıb sayına.
Neçələri paralanıb, sağlanıb,
Sayı çatmır mənim dərd-qəm payıma.
Baharımda qar ələndi başıma,
Vaxtsız aldım neçə dərdi, azarı.
İstəmədim, özü çıxdı qarşıma,
Dalğalandı qəlbimin dərd bazarı.
Əzab çəkdim dostlarımın yerinə,
Bərk ayaqda önə verdim sinəmi.
Qoymadım ki, iş işləyə dərinə,
Vədəsində arzuladı kim məni.
Sevincimə qonaq etdim ötəni,
Ağrısına yalqız dözdüm dərdimin.
Düşündüm ki, dərdi çoxdur vətənin,
İnsanların dərmanı yox, dərdi min.
Ömür ötür xəstəlikdə, azarda,
Üzümüzdən gülüş itir, yox olur.
Azaldıqca mal çeşidi bazarda,
Qəlbimizin dərd çeşidi çoxalır.
Tükənmişik taqətimiz yox daha,
Kim tanıtdı bu cığırı, bu yolu?!
Üz tutmuşuq gələcəyə, sabaha
Yol gedirik ürəymiz qəm dolu.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1867 | Рейтинг: 0.0/0