Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Понедельник, 06.05.2024

Sona qədər döyüşdəyəm
Nə zamandır qaçıb yuxum,
Duyuq düşüb, tora gəlmir.
Üzə çıxıb azım-çoxum,
Əkdiklərim bara gəlmir.
Perik düşüb arzularım,
Biri mindi, mini birdi.
Beş-on sözdü bütün varım,
O da sonsuz ürək dərdi.
Ötən anım yanıqlı ah,
Ötən zaman yetən dərddir.
Çəkdiklərim nədir, Allah,
Bu nifrət, ya məhəbbətdir?
Ağır olur qəmin yükü,
Gündə məni dara çəkir.
Bilinməyir nəsli-kökü,
Heç bilmirsən hara çəkir.
Tər tökülür, bağ salınır,
Meyvəsini əkən yemir.
Arı yığır dağ balını,
Zəhmətini çəkən yemir.
Daha yetir ömür başa,
Neylim, qismət belə düşdü.
Öyrənmişəm sərt savaşa,
Adi günüm sərt döyüşdü
Bir qəlbim var, bir də sözüm
O da kimə, nəyə gərək.
Heç nə sorma canım-gözüm,
Hələ susmur, dözür ürək.
Paş atacaq qılınc qında,
Öz sözümü, gərək, deyəm.
Döyüşçüyəm haqq yolunda,
Sona qədər döyüşdəyəm.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1552 | Рейтинг: 0.0/0