Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Вторник, 07.05.2024

Gedib
Kim deyir bu dünya yalandı, qardaş,
Hər gələn bir cığır-rədd qoyub gedib.
Kimisi dünyanı mat qoyan savaş,
Kimisi zər, şahmat, nərd qoyub gedib.
Şamama yetirir şamama tağı,
Albalı gətirməz şaftalı bağı,
Namərdlər yerində şəri, alçağı,
Mərd ata yurdunda mərd qoyub gedib.
Övlad var ananın gözünün ağı,
Atanın, qardaşın gücü, dayağı,
Övlad var yurduna kəsilib yağı,
Elini peşiman, pərt qoyub gedib.
Doğulan övladdır Azərbaycana,
Sevgisi işləyir iliyə, qana,
İgid var, sığmayıb dövrə zamana,
Əbədi pozulmaz sədd qoyub gedib.
Fırıldaq vaxt gəzir, yalançı hiylə
Çətində əl yetir, min hörmət eylə,
Nadana, namərdə neynirsən, eylə
Axırda ortada şərt qoyub gedib.
Qəlbimə hakimdir dəli məhəbbət,
Yanmışam oduna bir zaman, əlbət,
Kiməsə atası tükənməz sərvət,
Mənə də əbədi dərd qoyub gedib.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1737 | Рейтинг: 0.0/0