Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Понедельник, 06.05.2024

İnana bilmirəm
Bu axşam qəribəm. Tənhayam, təkəm,
Bu axşam həyatdan yaman bezmişəm.
Dünyanın dərdini kimsəsiz çəkən,
İnana bilmirəm mənəm-dözmüşəm.
İrəli getmişəm kəsilib yolum,
Geriyə dönmüşəm çığırım itib.
Qarşımda quruyub çiçəyim, kolum,
Solumda, sağımda qarlı dağ bitib.
Nələri yaşadım, nələri duydum,
Ötüşən bu əlli ilin içində.
Dünyanın malını kənara qoydum,
Başımı düz tutdum elin içində.
Yanaşı yol getdik, geri qaldılar,
Döndülər yolumda tələ qurmağa.
Yalandan and içib boyun oldular,
Dünyanın ləzzətin dadızdırmağa.
Uymadım hiyləyə, sözə, tumara
Qanacaq ummadım salam kəsəndən.
Yüz arzum gül açdı, yetmədi bara,
Çoxları ümidsiz ayrıldı məndən
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 2013 | Рейтинг: 5.0/1