Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Вторник, 07.05.2024

Günüm keçdi boran-qarda
Ötdü ömrün əlli ili,
Çoxu getdi, azı qaldı.
Çiçək açdı yüz əməli,
Neçə kitab sözü qaldı.
Yüz yol məni çəkdi dara,
50 dəfə ilk bahara,
Milyon arzum üzü qara,
50-sinin izi qaldı.
Kölə gördüm gözü acı,
Yerə düşdü başdan tacı,
Sağalamazdır, yox əlacı
Milyon əldə gözü qaldı.
Namərd mərdi bəyənmədi,
Qorxub, özün öyəmmədi,
Bir yol sözün deyəmmədi,
Çaşı getdi, düzü qaldı.
Tonqal çatdım şöləsi şux,
Atəşimdən qaçdı soyuq,
Qaranlıqlar düşdü duyuq,
Odu söndü, közü qaldı.
Günüm keçdi boran-qarda,
Haqq uğrunda vuruşlarda,
Əsgər oldum, oldum harda,
Qış yaşadım, yazı qaldı.
Qəlbim sözün sözün çəkdi,
Hər kəlmənin düzün çəkdi,
Yaşamadım, nazın çəkdim,
Mənə ömrün nazı qaldı.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1727 | Рейтинг: 0.0/0