Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Понедельник, 06.05.2024

Mən özümdə dözüm gördüm
Milyon illər gəlib keçir,
zaman eyni,
dünya birdi.
Arzu zəngin, istək
sonsuz
insan adlı canlı sirdi.
Danışanda
qəlb oxşayan,
könül sevən
dil yaradır.
Bir mahalda toplaşanda
oba, oymaq,
el yaradır,
Şirininin şirinindən
ha dad, dinlə,
bezmək olmur.
Acısının zəhərinə,
tab gətirib
dözmək olmur.
Qəlb üşüdür baxışları
intizardan
donan zaman,
Qarsalayır
sevincindən
baxışları
yanan zaman.
Bələyindən kələyədək
Vuruşmaqdı,
hərəkətdi.
Bir əlində qan-qadadı,
bir əlində
bərəkətdi.
Gah olur ki, günəş kimi
yer üzünə
işıq saçır,
Gah olur ki, yarasa tək
zülmət gəzir,
nurdan qaçır.
İpək olur bal qatanda
sözlərinin dözümünə,
Vəhşi olur dəyişəndə,
dünya qalır
qara günə.
Dağ əriyir, torpaq yanır,
dərə susur
savaşından,
Yer kürəsi qan ağlayır ,
çaylar daşır
göz yaşından.
İnsan var ki,
haqqı üçün
illər boyu
döyüşəndi.
Öz müqəddəs sevgisinə
din-imanın dəyişəndi.
Zaman olur istəyini başa düşüb duymaq olmur,
Bu dünyaya sevgisindən
əl götürüb doymaq olmur.
İnsan adlı bu varlığın
bir üzündə
neçə üz var.
Baxışında milyon dərə,
milyon əyri
bircə düz var.
Dara düşcək bu canlının
neçə iyrənc
üzün gördüm,
Kəndirini doğramadım,
mən özümdə
dözüm gördüm.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1721 | Рейтинг: 0.0/0