Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Понедельник, 06.05.2024

Nəyim varsa
Olanımı
pay vermişəm.
Həftə deyil,
ay vermişəm.
Tamahımdan heç bir zaman
qalmayıbdır
gözüm yolda,
Olub hər vaxt
əlim işdə,
Başım isə -
gilü-qalda.
Kimin mənə işi düşüb,
əl uzadıb -
Kəsməmişəm.
Nəyim olub, üzdə olub,
başı üstə əsməmişəm.
Qonaq gəlib
baxıbdı ki,
çay, dəmdədi,
aş üstədi.
Nə soruşub,
nə istəyib,
görübdü ki,
"Baş üstə”di.
Kimin nəyə haqqı çatıb,
Al demişəm.
Süfrəmdəki duz-çörəyə
bal demişəm.
Nə deyiblər, söz vermişəm,
bağlamışam
mən bu başdan.
Neyləyim bəs,
gəl ki, qardaş,
Nəyim varsa, çıxıb daşdan.
Avtobusda biletimi istəmişəm, dava düşüb.
Yalvarmışam şaxta olsun,
Günəş çıxıb, hava düşüb.
Bağlamada nar almışam,
gətirmişəm
ərik çıxıb.
Aylıq çıxan qazancıma
neçələri şərik çıxıb.
Bircə manat pulum olub,
Onu mənə çox görüblər,
Sınmamışam bircə kəsə,
Kimlər görüb,
tox görüblər.
Birisinə işim düşüb:
- Haqqı budur,
ver deyiblər.
Filankəsi soruşmuşam:
- Əvvəl onu gör deyiblər.
İsim düşüb
çox sevdiyim
dostum belə qaçıb məndən.
Dar macalda sınamışam.
Bərkə düşcək
keçib məndən.
Rast gəlmişəm fırıldağa,
yüz hiyləyə,
min yalana.
Bir arayış almaq üçün
get-gəl məni
yığıb cana.
Hər cavabda bir bəhanə,
Hər vədədə bir aldanış.
Kişisənsə bu dərdini
Bircə kəsə
söylə,
danış!
Kim deyər ki, bu dərd, bəla
qanad alıb
nadanlıqdan.
Kim deyər ki, bu dərd, bəla
pöhrələyib yamanlıqdan.
Xeyr! Xeyr!
Adamlar var,
Çoxdan çıxıb adamlıqdan.
Hamısının dərdi eyni,
Hamısının eyni adı.
Bu ad bizə məlum olan,
Məlum qədər zalım olan
acgözlükdü,
təmənnadı!
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1827 | Рейтинг: 0.0/0