Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Вторник, 07.05.2024

Özümdən incimişəm
Milyon dəfə incimişəm özümdən:
- Mən könlümü niyə sözə vermişəm.
Yapışmışam hər vaxt sözün közündən,
Düzlüyümdən düzü düzə vermişəm.
Köksüm yanıb, duman qalxıb başımdan,
Sinəm coşub 13-14 yaşımdan,
Mayasını alıb qarlı qışımdan,
Çiçəyimi güllü yaza vermişəm.
Pay vermişəm topladığım varımı,
Qazanmışam dostun etibarını,
Yarı bölüb bir buğdanı, darını,
Qismətimi payı aza vermişəm.
Mamır tutur ən müqəddəs su axan,
Fərqin tutmaz göz zilləyib hər baxan,
Çox əllərdən sürüşübdür söz yaxam,
Gülüşümü hər vaxt üzə vermişəm.
Qara bulud yağış donun soyunur,
Yerdə nərgiz, bənövşələr yuyunur,
Mən sevgimi bir ürəyin doyumu,
Bu sevdaya gümansıza vermişəm.
Bir yolçuyam öz yoluynan gedən mən,
Bulanmışam, durulmuram nədən mən?!
Bir nəfəsdi, bir də quru bədən mən,
Könlümü bir imansıza vermişəm.
Fikirlərim dərə boyu dümanlar,
Üzür məni dəli arzu, gümanlar,
Mən ömrümü il ölçülü zamanla,
Hisslərimi yaza-yaza vermişəm.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1893 | Рейтинг: 4.0/1