Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Понедельник, 06.05.2024

Bu da ömrün etibarı
Nə müddətdir qəlbim dolu,
Danışmağa gəlmir dilim.
Ağrı-acı kəsib yolu,
Niyəsini hardan bilim.
Tum səpirsən, torpaq zəhər,
Bulud paslı, hava sərxoş.
Boğazımı tutub qəhər
Dolu dünya mənə bomboş.
Kəlməbaşı sözüm itir,
Bəndə düşür səbrim qında.
Üz çevirib gendən ötür
"Can” dediyim dostlarım da.
Gələn axşam qəm gətirir,
Açılan sübh ağrı, əzab.
Hardan bilsin kim gətirir,
Ürək necə eyləsin tab.
Balıq ürkür suya gəlmir,
Öz yurduna dönük çıxır.
Çağırdığım toya gəlmir,
Sazın səsi sönük çıxır.
Axşam yatıb göz açmamış,
Baxırsan ki, ömür yarı.
Ömrün yazı boranlı qış,
Bu da ömrün etibarı.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1841 | Рейтинг: 3.0/1