Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Понедельник, 06.05.2024

Görüşünə Gələmməsəm
Görüşünə gəlməmişəm xeyli vaxtdır,
Qulaqlarım "can” sözünə yadırğayıb.
Neyləyim ki, gələn yollar çox uzaqdır,
Bu günləri barmaqlarım yüz yol sayıb.
Gəlməmişəm küsüb məndən dərə, təpə,
Gözlərimə dönüb baxmır zirvə, tala.
Yol keçəndə əl uzatdım quru çöpə,
Dönüb baxdı budağını çəkdi dala.
Duydum mənə soyuq baxdı qapı-baca,
Düşündüm ki, əzizinə bu bir ərkdi,
Çay keçəndə ayaq qoydum addamaca,
Minillik daş özün birdən geri çəkdi.
Quzeydəki yemişandan yığıb yedim,
Elə bildim gecikmişəm qaçıb dadı.
İstədim ki, çay yuxarı keçib gedim,
İtburnular qollarımı cırmaqladı.
Leysanında daş dibinə girib itdim,
Fatma nənə hanasını toxumadı.
Dalısınca neçə qaya aşıb getdim,
Kəklikləri bircə kəlmə oxumadı.
Mən neyləyim zaman belə, dövran belə,
Məni hər kim unudacaq qoy unutsun.
Görüşünə gələmməsəm bilə-bilə,
Ana, onda verdiyin süd məni tutsun.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1871 | Рейтинг: 0.0/0