Oğru olmaq istəyirəm
Qoy milislər eşitməsin , Qorxulu bir sirr deyirəm : Çoxdandır ki bir arzum var , Oğru olmaq istəyirəm !… İnsanların arasından Əqidəsiz adamları , Vicdanını pula satan Nadanları Oğurlamaq istəyirəm ! Bu torpağın gündən – günə , Niyə artır dərdi – səri … Dövlətlərin arasından Sərhədləri Oğurlamaq istəyirəm ! Axı , nə iş görmüşəm ki , Oğurluq da işdi barı . Mən anamın sifətinə Vaxtsız düşmüş qırışları Oğurlamaq istəyirəm !… Birisini yıxmaq üçün İkisinin ülfətini , İnsanların ürəyindən Hər kinini , nifrətini ,<br Yalanını bundan ona , Ondan buna satanları , İki sevən arasında O üçüncü adamları Oğurlamaq istəyirəm ! Araz axır … O taydan da insan baxır , Bu taydan da insan baxır , Neçə milyon gözüyaşlı əzizimi , O həsrətli Təbrizimi Oğurlamaq istəyirəm ! İndi neçə dövlətlərdən Məzlumların ah – zarını , Yad torpaqda yatıb qalan , Əsrlərin arxasından Qollarını çatıb qalan Kərbəladan Fizulinin , Hələbdənsə Nəsiminin Məzarını Oğurlamaq istəyirəm . Nə gizlədək , Bilir hamı Tonqal çatıb yandırırlar Bu cahanı . Qəlbim deyir : Bir Azəri məsəlini yadına sal: << Oğrudan oğruya halal !… >> Prometey oğurlayıb İnsanlara verən odu Oğurlamaq istəyirəm ! Lap qəzəbi tutsa belə Yerin mənə , göyün mənə Nə deyirsiz deyin mənə Oğru olmaq istəyirəm !!!
| |
Просмотров: 1079 | |