Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Среда, 09.07.2025

internet seirler
İnternet haqqında Azərbaycanda yazılmış İLK SATİRA
Bəşərə bəxş eləyib başqa həyat, internet,
Eyləyir yoxsa həyatla zarafat, internet?
Gəldi internet -əzəl fikrimizi çaşdırdı,
Bizi dünyada bu xidmət "qloballaşdırdı”.
O sayaq girdi ki axırda həyat tərzimizə,
Onsuz hər bir işimiz səbrimizi daşdırdı…
Girib internetə, məktub yazıram dost-tanışa,
Tanış olmaq ümidilə çıxıram "axtarışa”.
Mənə təklif edir öz xidmətini hər şəbəkə,
Var klub hər qarışa, sanki giriblər yarışa: – Burdadır sərfəli qiymətlə rahat internet!
Gözümün düşmənidir işləyə internet ləng, Vay o gündən dona ekran – oluram çox diltəng.
Qaralır qan, daralır hövsələ, tutmur səbrim,
Belə anlarda həmişə vururam dostlara zəng: – Var sizin məhlədə sürətdə babat internet?? …
Neynim? İnternetə oğlum ki salıbdır marağı, Son zamanlar ev-eşikdən kəsilibdir ayağı.
Tərki-dünya kimi üzmüş əlini hər şeydən, Başqa əyləncələr əyləndirə bilmir uşağı –
Uşağı aldı əlimdən, camaat, internet! Bala, "kompüter”in insana ziyandır şüası, Bu klub-zirzəmiyə girmə, ağırdır havası!
Nola, bir gün tuta interneti kəşf eyləyəni – Ananın qarğışı və atanın bədduası! İxtira eyləməyəydi salamat, internet… Görmüşük, işləyər üç-dörd saat insan balası, Yoxsa day sutkada on yeddi saat internet?!
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1003 | Рейтинг: 2.0/2