Yatmışıq
Belə getsə gec olar bu vətəndə boş qalar Yerli qalıb kənarda yerli olub başqalar Bu qədər başlarin içindədə baş qalar? Vətən əldən gedir,biz hələdə yatmışıq. Xarici şirkətində iş vermiyir yerliyə Yerli gedib daş atacaq başqa cür neyliyə Leylini qorumadıq,meyl salıblar leyliyə Vətən əldən gedir,biz hələdə yatmışıq. Nadan olub kişi,kişiləri nadan edir Bu qədər sərvətini xalqımın talan edir Pulla doğru sözləri çevirib yalan edir Vətən əldən gedir,biz hələdə yatmışıq.
| |
| Просмотров: 1022 | |