Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Пятница, 03.04.2026

Dərdlərin gözəlliyi
Ara-sıra,deyib-gülən,
İndi,qəmli ürəyindən,
Şikayətin nədir sənin?
Həm sevincin,həm də,qəmin,
Təkcə,ürək sirdaşıdır.
O ömrünün,yoldaşıdır.
Gedənə,baxıb geridən,
Geri gəlməz,deyib hərdən,
Hərdən də,yol gözləmisən.
Acıları gizləmisən.
Rahat həyat düşün,yaşa.
Rahatlıqla,vursan başa,
Həyatının,mənası nə?
Düşüncəsiz,ürəyinlə,
Dərdlərinə dönərək üz,
Yaşamısan,gecə-gündüz.
Düşünərək,dərdi-səri,
Zamanın,uzaq görəni,
Olacaqsan,o zaman sən,
Hər gecənin,səhərindən,
Arzuları,dənə-dənə,
Yığsan,qismət olar sənə.
Gözəl qəlbli,gözəllikdən,
Biri sən,olmaq istəsən,
Qarşındaki hərkəsi,san,
Təmiz qəlbli,gözəl insan!.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 921 | Рейтинг: 5.0/1