Özüm bilmədən
Uzaq diyarda yad bir gəmidə Səfərə gedirəm özüm bilmədən. Ayrılıq vaxtıdır əziz sevgilim Məhşərə gedirəm,özüm bilmədən Ruhum bədənimi tərk edib gəlir Sənin hüzuruna bir həyəcanla Cismimsə burdadır çox uzaqlarda Uzağa gedirəm,özüm bilmədən Vaxt keçir tərki-ruh olan bu cismim Ağrıyla qovrulur,kədərlə dolur, Ürəyim sızlayır gəmimsə gedir Gəmiylə gedirəm,özüm bilmədən Bilmədən bilməyi bilmək istərdim Sevməmək hissini bilmək istərdim Gözlərinə baxıb ölmək istərdim Ölümə gedirəm,özüm bilmədən
| |
| Просмотров: 1017 | |