Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Понедельник, 06.04.2026

Məktəb
Məktəbə ilk dəfə qədəm qoyanda
Ana kəlməsini gətirdik dilə
O bircə saniyə, o bircə anda
Bir anda çevrildi düz 11 ilə
Nə günlər keçirdik, nələr yaşadıq
Əlimizdə olsa, heç ayrılmazdıq
O məktəb bizlərə olmuşdu ana
Biz də o ananın övladlarıydıq
Son zəng çalınacaq, səda salacaq
Sevincin yerini qüssə alacaq
Hər bir kəs dağılıb getdikdən sonra
Bir insan bir şəxsə həsrət qalacaq
Qəlbimdə nə qədər sözüm var mənim
O qədər sevincim, qəmim var mənim
Bu sözü deməyi bacarmır dilim
Əlvida, əlvida orta məktəbim!
Bu da son cümlədir, bu da son sətir
Məktəb macəramız sonamı, yetir?
Nə olar əl saxla, vurma bu zəngi
Bugün çox qəmlidi onun ahəngi
Qələmi götürüb yol verdim sözə
Könüldən-könülə körpülər salsın
Bu şeiri yazmışam, Hacıdan sizə
Əbədi olaraq xatirə qalsın
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1044 | Рейтинг: 0.0/0