Gəlinsən indi
Yazdıqca yazmışam şeir qəzəllər, Hardadır bilmirəm indi əsərlər, insan ömrü roldur həyat səhnədir, Mənim rolum qəlbimi çox göynədir, Baxma ki,ruhun mənimlə birgədir, Sən özgə ocağda gəlinsən indi, Vidalaşıb səninlə qürbətə getdim, Getdikdə mən sənə etibar etdim, Qayıdıb gəldikdə duydum eşitdim, Sən özgə ocağda gəlinsən indi, Mənəmmi günahkar sənmi gunahkar? Deməki hər ikimizdə’də günah var, Mənə olan eşqini edib inkar, Sən özgə ocağda gəlinsən indi, Rasim sənsiz hər gün ölüb dirilir, Bunu mən bilirəm bir Allah bilir, Əlvida! əlimdən başqa nə gəlir, Sən özgə ocağda gəlinsən indi,
| |
| Просмотров: 915 | |