Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Среда, 25.06.2025

Tənhalıqdan qorxan üz
Könül ağlar,için-için,doyarmı?
Niyə doymur,arzusu qüssə-qəmmi?
Sevinc isdəsə də,sevinci varmı?
Yoxluğunun günahkarı mənəmmi?
Uzaqdan gözucu baxdım,üzümə.
Bənzətmədim,daxildəki özümə.
Kölnü qəmli cavan,üzdə gülərmi?
Gülən zahir,ürəyimlə səmimi,
Ondan dolayıdır,qəmli qəlbimi,
Aşikar etməsə,görünməz aciz.
Aciz görünərsə,qalar kimsəsiz!
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 830 | Рейтинг: 5.0/1