Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Среда, 25.06.2025

Gözlərində qəribəm
Yol alsam,menzilim,sənsiz məzarım.
Sənsizlik bəlkə də,olar xoş halım.
Sevənin eşqini,keçmişə sərib,
Eşq macərasına,davam etmisən.
Onlar tək mənə də,baxırsan qərib.
Artıq bir küləyəm,qürbətdə əsən.
Sözlərin mənə də,olacaq şamil.
Şamil etmək üçün,yoxsa da,amil.
Zülmətdə bar verən,bir ağacın sən,
Zəhərli,ölümcül meyvələrindən,
Yemisən,eşq ilə səhv salıb hərdən.
Dilin olub acı,de bu səbəbdən?
Necə məhəbbətdir,öldü tezbazar?
Qərib tək mənə də,qurmadı məzar.
Sən etdin,bir dəli,ağılsız,bihuş.
Olmuşam artiq mən,köçəri bir quş.
Qonduğum yere de,yoxdu ümüdüm.
Ümüdüm seninlə,getdi ey gülüm.
Çemende lalemdin,əzbərimdə sən.
Eşqimə aldanıb,çox çəkirəm qəm.
Hərkəsdə xatirə,eşq ilə dolu.
Gəzməkçün qoymadın,xatirə yolu.
Daha yoxsan sən!
Nə səni sevən!
Nə də,sənli mən!
Son görüş yeri var,adı Axirət!
Sevgimi sen orda,görərsən əlbət!
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1093 | Рейтинг: 0.0/0