Canavar adam
Tənhasan, yalqızsan hələ dünyada, Yaxşı ki əlindən ulamaq gəlir. Şükr elə, adam tək nə dona girmək, Əlindən nə quyruq bulamaq gəlir. Min köynək uzaqsan bu adamlara, Yoxsa, sənə hürməz bu yad adamlar. Səni tənha bilib it kimi tutar, Bu " kişi ” adamlar, " arvad " adamlar. Qorxma, ömrün sənin təzədən başlar, Tanrı sənə qıymaz, Canavar adam. Sənin dost saydığın dostlar, tanışlar Səni adam saymaz, Canavar adam. Təkcə ALLAH sayar səni o ALLAH, Sənə dözüm verər, sənə tab verər. Sənə canavar tək dərdi ulamaq, Sənə adam kimi iztirab verər. Sən yenə Allahı çıxarma yaddan, Allahın yadından çıxmaz varlığın. Səni qarış-qarış izlər həyatda, Sənin adamlığın, canavarlığın. Bəzən səni qovar, səni hürküdər… Canına daraşar bu " it ” adamlar. Səni tənha bilib üstünə gedər, Qanına bulaşar bu it adamlar. Sənə diş atanın dişləri batmaz, Quyruğun bulayar, Canavar adam. Gündüz adam olar, gecəsə yatmaz Elə hey ulayar Canavar adam.
| |
| Просмотров: 1047 | |