Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Суббота, 04.04.2026

Adsız şeir
Ögey anasının ədasından
Qardaşından, atasından
Üz çevirib Abşeronun ilan mələyən
Səhrasına pənah aparan qız,
Nə verdi sənə bu boz düz?
O böyük səadət çıxdımı yoluna barı?
Yollarmı səni yordu,sənmi yolları ?
Nə gəzirsən əlləri qoynunda ?
Həyat dedikləri oyunda
Kiminsə haqqımı var boynunda?
Nə gəzirsən havalı-havalı?
Demədimi o müdrik qoca,
Demədimi o gecə?
"Sən çəkən yük deyil
Bu dünyanın babalı”.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1023 | Рейтинг: 0.0/0