Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Среда, 09.07.2025

Payız duyğuları
Sozalar baharın baxışı-günəş
Gözündən qəriblik süzülüb gedər.
Bir əlçim yarpaqlar bir işım günəş
Budaqdan əlləri üzülüb gedər.
İpək kövşənləri darayıb payız
Göndərər günəşə hörük yerinə.
Dünyanın qızılı sarayı payız
Kövrələr közərən çəmənlərinə.
Ağaclar həsrətdən uçunan ürək
Eşğini soyunar soyuğun altda.
Saralmış yarpaqlar yaralı quş tək
Qışqırıb bayılar ayağın altda.
Nişanlı qız kimi üzülən payız
Təsəlli axtarar pıçıltılarda.
Xınalı örpəyi süzülən payız
Sökülüb, tökülüb axar sularda.
Yarpaqlar yaşanmış günlərimdimi?!
Atılıb arzuları qışın qarında,
Bahara üz tutan durnalar kimi
Aparar payızı qanadlarında.
Göy otlar çıxammaz vədə yerinə
Xəzəllər çəmənə sırınar indi.
Boylanıb buğlanan kəltənlərinə
Payız toxumlardan bar umar indi.
Açıb qucağını qışın qarına
Zəmilər bir düzən bar götürərlər.
Yuxulu dağlardan yorğun arana
Maşınlar çiynyndə qar gətirərlər.
Köksünü yağışa gərər bu torpaq
Payız otlarından batar,barınar.
Son dəfə nəfəsin dərər bu torpaq
Döşənər ilk qarın ayaqlarına.
Payızı gözlə
Deyirdin , darıxma , payızı gözlə
Bu da payız , gəldi… duyğulu payız.
Ürəyi sebgiyilə , dodağı sözlə
Könlü xatirəylə dop-dolu payız .
Çiskin yağış yağır hey aram-aram
Dolur hər acının yeri dünyada.
Deyirdim mən sənsiz yaşayammaram
Sənsiz dözəmmərəm diri – dünyada.
Arabir oyadıb xatirələri
Könlümə qəfləti qonaq gəlirsən.
Bir anda adlayıb kəndi, şəhəri
Bəzən vaxtlı, bəzən bivaxt gəlirsən.
Elə bil geriyə fırlanır zaman
O xoşbəxt , qayğısız günə dönürəm.
Ömrün bir qərinə uzaqlığından
Sənli günlərimə , sənə dönürəm.
Birdən lent qırılır , dayanır zaman…
Dolu duyğuların bahar çağından
Payız otağıma yenə dönürəm.
Ey xəyal dünyamın gizli qonağı
Görən sən də məni düşünürmüsən?
Dolub , duyğulanıb bir payız çağı
Çılpaq ağac kimi üşüyürmüsən?.
Payızda
Məhəbbət çiçəyə bükülər
Yarpaqlar həsrətimi, tökülər
Göylərin ilməsi sökülər
Buludlar çözülər payızda
Ürəklər nəzilər payızda.
Dağların ətəyi qızılı
Çayların örpəyi qızılı
Bağların bəzəyi-qızılı
Yolları naxışlar payızda.
Doluxar baxışlar payızda.
Yamyaşıl çəmənlər közərdi
Təbiət bəzənmiş gözəldi
Bağların şabaşı xəzəldi
Toylara tökülər payızda
İntizar çəkilər payızda.
Payız notları.
Aləmi çulğayıb kədərli bir rəng
Durnalar qatara düzülüb gedir.
Qəlbimi sızlıadır bu qərib ahəng
Baharın sozalan baxışı günəş
Gözündən qəriblik süzülüb gedir.
Yadıma ilk eşqin vidası düşür
Günlər durnaların lələyidimi?
Məktubun nə yaman solub, bürüşüb
Payızın qocalan yarpağı kimi.
Sənsiz duyğulara ölübmü deyim?
Arzular anasız uşağa dönüb.
Dünyaya sığmayan dünya-ürəyim
İndi yumryq boyda yumağa dönüb.
Səni unutmayıb o cığır, o iz
Çiçəklər yoluna döşənibdilər.
Yollar kor ilana dönübdü sənsiz
Ulduzlu gecələr üşənibdilər.
Həyatda düyünlü hikmətə baxın
Məhəbbət ürəyə düyün, dağ imiş
Qəlbimiz səninlə yaxından yaxın
Adımız nə uzaq, nə uzaq imiş.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1036 | Рейтинг: 0.0/0