Atamın xatirəsinə
Usandım dünyanın soyuq üzündən Görüb , görəcəyim ömür də gün də Bir damla yaş kimi düşdü gözümdən Soyuq torpaqlara tapşırın məni Üzümü üzünə qoyum isinim Bir az sizdən doydum, bir az özümdən Bir az da torpaqdan doyum, bəsinim. Mənə yer eləyin ,ay əzizlərim, Bacımın yanında qazın məzarı Soyuq torpaqlara qoyun üzümü Yönümü çevirin Tanrıya sarı. Hər şey əzəlinə dönür sonunda Dünya bir iblisdi, mələk donunda. Inanıb, aldanıb yaşadım yetər, Dərdinə qəminə "bəsdi” demədim 80 il yükünü daşıdım, yetər. İndi də anamın isti qoynunda Bir az rahatlanıb dincəlim barı Soyuq torpaqlara qoyun üzümü Yönümü çevirin Tanrıya sarı. Aşıb vaxt səddini, zaman hasarı Zamanın durduğu yerə gəlmişəm. Arxaqda buraxıb olacaqları O dünya deyilən sirrə gəlmişəm. Dünyanın dərdindən alıb başımı Anamın yatdığı pirə gəlmişəm. Üzümə açıqmı haqq qapıları ? Soyuq torpaqlara qoyun üzümü Yönümünü çevirin Tanrıya sarı. ————————————– Verdinmi borcunu Bu da sənin qardan yorğanın , Ata. Çək üstünə yat. Ruhun azad olsun , qulağın dinc, Yerin rahat . Torpağın yumşaq olsun Təzə yağmış qar kimi. Qəbrin nurla dolsun Yastığın güllə, çiçəklə Çiçəkli bahar kimi. Yerin cənnət olsun ,ay Ata, Yuxun sirin, Səni burda deyil Ürəyində dəfn elədi Sevdiklərin. Yalansız, riyasız Bir ömür yaşadın , ay Ata. Qazancın ovcundakı qabardı Bir ömür borcun vardı həyata Verdinmi borcunu? Canın qurtardı…
| |
| Просмотров: 958 | |