Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Воскресенье, 05.04.2026

Bir payız gecəsində
Nəmli, qaranlıq bu payız gecəsində
Qarışıq, uzun bir yuxu
Sıxar məni pəncəsində.
Nə diksinib ayıla,
Nə çırpınıb çıxa bilərəm pəncəsindən
Bu payız gecəsində.
Önümdə ayrılıq dayanacağı
Arxada illərin qarı , çəhlimi.
Həsrət uralayıb bağçanı , bağı
Yarpaqlar nəmlı qız dəsmalı kimi
Yaralı-yaralı çırpınır hələ ,
Sarala-sarala çırpınır hələ.
Bu payız gecəsi
Tənhaların ömrü qədər uzundu.
Sarala-sarala qalan son yarpaq,
Titrəyə-titrətə saralan yarpaq,
Ölüm ayağından asıla qalan,
Abrına qısıla-qısıla qalan
Bəxt ulduzumdu.
Bu uzun gecəni səhər eləmək,
Bu uzun gecəni açmaq çətindi.
Boş yerə ömürdən möhlət diləmə,
Boş yerə səhəri axşam eləmə.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 943 | Рейтинг: 0.0/0