Anam ha deyil
Goylərin buluddan tül köynəyi var Qönçə boxçasında gül köynəyi var Qəlbimdəki odun kül köynəyi var Üfürmə , alışıb yanan ha deyil. Qəlbimi eşqimə qəlib seçmişəm Acı taleyimi bilib seçmişəm Elə ayaq üstə ölüb keçmişəm Bir kimsə dərdimi qanan ha deyil. Boynumda taleyin ciyəsidimi Illər dərd –qəmimin yiyəsidimi Səhvimi üzümə deyəsidimi Illər düşmənimdi, anam ha deyil. Eşqim dərdlərimin binası oldu Qəmim əllərimin xınası oldu Könlüm şüşə kimi sınası oldu Sanırdın daşdandı, sınan ha deyil. Sev ki , gətirəsən inama məni Bərkə -boşa çəkib sınama məni Hönkürüb ağlasam qınama məni Gülüb oynayası zaman ha deyil.
| |
Просмотров: 861 | |