Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Четверг, 26.06.2025

Mən səni nə qədər gözləməliyəm..
Bu il də payıza qovuşdu ömür
Bu il də ayaza qovuşdu ömür
Uçurub getmisən kiçik yuvanı
O uçuq yuvanı , sökük yuvanı
Leylək yuvası tək gözəməliyəm
Mən səni nə qədər gözləməliyəm?
Kövrələ-kövrələ ötən günlərin
Ötüb ilim-ilim itən günlərin
O boynu çiynində bitən günlərin
Hansını birini gizləməliyəm
Mən səni nə qədər gözləməliyəm?
Ömür çatacaqmı o vaxta kimi
Səadət adlanan o taxta kimi
Söylə, gözün nuru , nə vaxta kimi
Elə gizli-gizli sızlamalıyam
Mən səni nə qədər gözləməliyəm?
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 912 | Рейтинг: 0.0/0