Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Среда, 25.06.2025

Neynirəm bu məhəbbəti
Qonaq idi vardı, getdi
Varlığımı sardı getdi
Məni oda saldı getdi
Neynirəm bu məhəbbəti.
Atım deyil , dəvəm deyil
Oğlum deyil , nəvəm deyil
Mənim kimi sevən deyil
Neynirəm bu məhəbbəti.
Ömrə verər zinə , tutmaz
Köys qabarar , sinə tutmaz
Bir ürəkdə binə tutmaz
Neynirəm bu məhəbbəti.
Meylin güldən- gülə saldı
Məni dildən -dilə saldı
Bir söz dedim yerə saldı
Neynirəm bu məhəbbəti.
Gözü dərddən açılmadı
Ömrə nuru saçılmadı
Başımıza tac olmadı
Neynirəm bu məhəbbəti.
Dünya üzü günahadı
Günah üzü sabahadı
Ömürdən, gündən bahadı
Neynirəm bu məhəbbəti .
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 849 | Рейтинг: 0.0/0