Allahımdan diləyimsən
Dinlə ürək sözlərimi, Vardır artıq cəsarətim. Bil ki, aşiqinəm sənin, Sənsən eşqim, məhəbbətim. İnan mənə, gülüm, inan, Həqiqətdir, deyil yalan, Fikrimdəsən sən hər zaman, Allahımdan diləyimsən. Elə sevək bir – birini, Sevdamızdan danışsınlar. Sevgidən söz düşsə, bizim Dünyamızdan danışsınlar. İnan mənə, gülüm, inan, Həqiqətdir, deyil yalan, Fikrimdəsən sən hər zaman, Allahımdan diləyimsən. Gəl evlənək tezliklə biz, Gəl birlikdə xoşbəxt olaq, Gözəl ötsün çağlarımız, Bir qocalıb, yaşa dolaq. İnan, gülüm, mənə inan, Həqiqətdir, deyil yalan, Fikrimdəsən sən hər zaman, Allahımdan diləyimsən.
| |
Просмотров: 868 | |