Ay Ellər
Bu gecə yuxuda gördüm dağları, Solmuşdu güllərin üzü, ay ellər. Gəzdim Qırxqızını , Sarıbabanı, Virandı dərəsi,düzü , ay ellər. Al-əlvan deyildi Oyuğun yalı, Batıb yasda idi,Quzey bulağı. Əhmədin yurdundan endim aşağı, Sarı daş soruşdu sizi, ay ellər. Çöndüm Doqqazlıdan Əhmədbəyliyə, İstədi o mənə dərdin söyləyə. Vaxt çatmadı İlqar onu dinləyə, Açıldı yuxudan gözü, ay ellər.
| |
Просмотров: 819 | |