Sevindim
Göy üzünü yenə buludlar aldı. Saatlar ötüşdü səma qaraldı. Yağmur pıçıldadı qəlbimi üzdü, Bəs yarın gəlməyi nə vaxta qaldı. Nə sənli nə mənli qəmlidi göylər, Mənim gözlərimtək nəmlidi göylər. Buludu yağışı nahaq sevməmiş, Ürəyim hər zaman qəm yedi göylər. Şərik ol ey dostum qəmimə yenə, Eşqın alovunu qəm çatmış qəmə. Daha buludlar da kar etməz mənə, Gözümə günəştək baxdın,sevindim.
| |
Просмотров: 810 | |