Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Суббота, 04.04.2026

Dil qəmi
Ürəyindən odmu düşüb o saza
Sızıldayır sızım-sızım "Dilqəmi”.
Korun-korun tüstüləyən avaza
Gilə-gilə kədər sızıb – dil qəmi.
Qəm sinədə binə tutub, qarıyıb
Telli sazın sındırar o tilsimi.
Bir aşiqin sevilməzlik harayı
Soraqlayar itik düşən sevgimi.
"Dilqəmi”nin odu, közü soyumaz
Sinən üstə ocaq çatıb o yanar.
Bu yanğından telli sazın uyumaz
Bu yanğından ulu həsrət oyanar.
Sazın qəmə gücü çatmır, ay aşıq,
Dilim-dilim alovlanır pərdə, sim.
Bu yanğıdan mənə göndər azacıq
Qəm bükülü xatirələr göyərsin.
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 916 | Рейтинг: 0.0/0