Vağzalı
Məhəbbət dincini alır ürəkdə Səadət uyuyub qalır ürəkdə Vüsal nəğməsini çalır ürəkdə Süzüldükcə şirin-şirin "Vağzalı” Bəyaz duvaq al yanaqdan od alır. Sümükləri alçı durub çoxunun Üzdə sevinc, gözdə həsəd oxunur Deyən hava sarı simə toxunub Süzüldükcə şirin "Vağzalı” Daş ürəklər muma dönür, yuxalır. Sevinc qəmi halaylayır qovurmuş Qız qapısı qalır suyu sovumuş Bu "vağzaldan” o "vağzala” nə yolmuş Süzüldükcə şirin-şirin "Vağzalı” Həsrət əllər qovuşmağa az qalır. Nişanlılar həsrət-həsrət baxınır Ala gözdə mirvarilər axını Kim yozası bu ilahi yuxunu Süzüldükcə şirin-şirin "Vağzalı” Qanad taxıb məhəbbətdən, sevgidən Uçub gedir kəndimizin qızları.
| |
Просмотров: 877 | |