Приветствую Вас, Гость! Регистрация RSS

Турецкие Стихи

Среда, 25.06.2025

Mənə bir az ondan daniş
Mənə biraz ondan danış,
Azda olsa yaşat məni.
Çox dolmuşam için-için,
Biraz ağlat boşalt məni.
Yaman sıxır həyat məni.
Mənə biraz ondan danış,
Duruşundan,yerişindən,
Şirin-şirin gülüşündən.
Gəlişindən gedişindən
Bacardıqca hər işindən
Nə bilirsən axır çalış.
Mənə biraz ondan danış
Başın necə qatmağından
İstəyinə çatmağından
Hər gün biraz öldüyüm de
Gecə rahat yatmağından
Məni necə atmağından.
Mənə biraz ondan danış
Söylə neynir can yoldaşım?
Qısqanclığdan coşum daşım,
Qoy lap quru söznənsə də
Özümü itirim,çaşım
Ona yenə yaxınlaşım.
Mənə biraz ondan danış
Danış təbim dilə gəlsin
Hər bir sözün bağrım dəlsin
Qoy içkisiz,qoy içmədən
Ruhum biraz məzələnsin
Xatirələr təzələnsin.
Mənə biraz ondan danış
Qaytar mənə getir məni
Al onsuz bir gələcəkdən
keçmişimdə itir məni
Danışdıqca bitir məni!
Mənə biraz ondan danış
Hicran pozub düzənimi
Sarıb şeir,qəzəlimi
De ki,təsəllim öpməkdir
Ondan yazan öz əlimi
Görərsənsə gözelimi
Ona bir az menden danış!
Категория: Азербайджанские стихи (seirler, ədəbiyyat) (22.10.2013)
Просмотров: 1099 | Рейтинг: 0.0/0